Harri Keyn Bundesliqada yeni rekorda imza atıb
Futbol
- 18 dekabr, 2023
- 09:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bavariya"nın futbolçusu Harri Keyn Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
"Report"un məlumatına görə, 30 yaşlı hücumçu buna "Ştutqart"a 3:0 hesabı ilə qalib gəldikləri XV turun matçında dubl etməklə nail olub.
O, bu turnirdə 20-ci qoluna imza atıb. İngiltərəli forvard 14 matçda bunu bacarıb. Bundesliqa tarixində heç bir oyunçu 20 qola daha tez çatmayıb.
Uve Zeeler ("Hamburq") 21, Erlinq Holann ("Borussiya", Dortmund) 22 matçda bunu reallaşdıra bilib.
Qeyd edək ki, Harri Keyn yayda İngiltərənin "Tottenhem" klubundan Münhen təmsilçisinə keçib. O, bütün turnirlərdə 22 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region
02:07
İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub
Futbol
01:32
Nyu-York Senatında çoxluğun lideri evində ölü tapılıb
Digər ölkələr
01:21
Foto
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
Hadisə
01:09
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
Digər ölkələr
00:47
Sankt-Peterburqda meymunçiçəyinə bir gündə üçüncü yoluxma aşkarlanıb
Region