Hakim Kriştianu Ronaldunun xahişindən sonra penaltini ləğv edib

Futbol
  • 27 noyabr, 2023
  • 21:42
Hakim Kriştianu Ronaldunun xahişindən sonra penaltini ləğv edib

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının V turunun İranın “Persepolis” komandası ilə oyununda hakim səhvini düzəldib.

“Report” xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.

Matçın 2-ci dəqiqəsində Ronaldu rəqibi ilə qarşılaşdıqdan sonra cərimə meydançasında yıxılıb. Hakim isə dərhal penalti təyin edib. Lakin Kriştianu rəqibinin qaydaları pozmadığına işarə etməyə başlayıb.

Portuqaliyalı bu barədə hakimə məlumat verib, bundan sonra VAR penaltini ləğv edib.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Matçın 17-ci dəqiqəsində “Əl-Nəsr”ın müdafiəçisi Əli Əl-Avcami qırmızı vərəqə alıb. 52-ci dəqiqədə VAR "Persepolis"in futbolçusunun qolunu oyundankənar vəziyyətə görə ləğv qeydə almayıb. E qrupunda turnir cədvəlinə 5 oyundan 13 xalla “Əl-Nəsr” başçılıq edir. “Persepolis” 8 xalla ikincidir.

44 - Tezliklə