"Gent"in baş məşqçisi: "İlk hissədəki kimi oynasaydıq, "Qarabağ"ı keçə bilməzdik"

Futbol
  • 23 fevral, 2023
  • 23:50
Gentin baş məşqçisi: İlk hissədəki kimi oynasaydıq, Qarabağı keçə bilməzdik

"Birinci hissədəki kimi oynasaydıq, heç vaxt bu rəqibi keçə bilməzdik".

"Report"un məlumatına görə, bunu "Gent"in baş məşqçisi Heyn Vanhazebruk Belçikada "Qarabağ"a əsas vaxtda 1:0, penaltilər seriyasında isə 5:3 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis komandası ilə fəxr etdiyini bildirib: "Bu oyunumuzu 90 dəqiqə ərzində göstərməliyik. Futbolçularımın reaksiyası və matça yanaşmasından razı qaldım".

Təcrübəli baş məşqçi heç vaxt pulu düşünmədiyini söyləyib: "Mənə heç nə lazım deyil. Futbolçularım xoşbəxtdirsə, digər şeylərin heç bir əhəmiyyəti yoxdur".