Futzal üzrə Azərbaycan millisinin toplanış üçün heyəti açıqlanıb

Futbol
  • 10 yanvar, 2020
  • 07:54
Futzal üzrə Azərbaycan millisinin toplanış üçün heyəti açıqlanıb

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yanvarın 13-dən Bakıda təlim-məşq toplanışı başlayacaq.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 13 gün davam edəcək hazırlıq prosesi zamanı komanda yanvarın 21-də və 22-də Bakı İdman Sarayında Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Baş məşqçi Joze Alesio Da Silva təlim-məşq toplanışı üçün 14 oyunçuya dəvət göndərib. 

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da baş tutacaq. 

№AD, SOYADKLUB
1Rövşən HüseynliAraz
2Emin KürdovEKOL
3Rizvan FərzəliyevAraz
4Amir ShojaeiAraz
5İsa AtayevAraz
6Oliveira Da NascimentoAlarabi Sportinq Club (Küveyt)
7Jonathan Luiz De AngelisAlarabi Sportinq Club (Küveyt)
8Ramiz ÇovdarovAraz
9Hadi AhmadiAraz
10Eduardo BorgesACCS Futsal Club Paris (Fransa)
11Xətai BağırovAraz
12Tiago Telles MartinsNorilsk Nikel (Rusiya)
13Eshagh SoorghaliAzaraxş (İran)
14Tofik MikayılovMarafon