Futbolçularını təyyarədə itirən klub çempion elan edilib
Futbol
- 06 dekabr, 2016
- 06:22
Bakı. 6 dekabr. REPORT.AZ/ Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Cənubi Amerika Kubokunun yeni sahibini rəsmən açıqlayıb. "Report"un CONMEBOL-un rəsmi saytına istinadən məlumatına görə, çempionluq Kolumbiyada təyyarə qəzasında futbolçu və məşqçilərini itirən "Şapokeonse" klubuna verilib.
Bu addım digər finalçı "Atletiko Nasional"ın müraciəti müsbət qarşılandıqdan sonra atılıb. Beləliklə, tarixində ilk dəfə Cənubi Amerika Kuboku "Şapokeonse"nin muzeyinə aparılacaq.
Qeyd edək ki, noyabrın 28-də baş vermiş qəzada təyyarədə olan 77 nəfərdən 71-i dünyasını dəyişib. Onlardan 22-si "Şapokeonse" klubunun futbolçuları olub.
Son xəbərlər
03:43
Foto
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Hadisə03:14
"Priska" siklonu Belarusda yüzlərlə yaşayış məntəqəsini elektriksiz qoyub
Digər ölkələr02:38
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək
Digər ölkələr02:07
Yəmən hərbçiləri Bab əl-Məndəbdə husilərin qayığını və minasını zərərsizləşdirib
Digər ölkələr01:55
"DTEK Naftoqaz" Rusiyanın hücumlarından sonra qaz hasilatını qismən dayandırıb
Digər ölkələr01:25
Litvada qasırğa səbəbindən yüz minlərlə insan işıqsız qalıb
Digər ölkələr00:48
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazanıb
Futbol00:21
İran istənilən neft ixrac marşrutuna hücuma hazır olduğunu bildirib
Region23:55