Asiya Futbol Konfederasiyası müsahibədə iştirak etmədiyi üçün futbolçunu cərimələyib
Futbol
- 01 fevral, 2019
- 14:32
Bakı. 1 fevral. REPORT.AZ/ Asiya Futbol Konfederasiyasının (AFC) İntizam və Etika Komitəsi Özbəkistan yığmasının futbolçusu Odil Axmedovu 10 min dollar məbləğində cərimələyib.
"Report" qurumun saytına istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı yarımmüdafiəçinin Asiya Kubokunun 1/8 final mərhələsində Avstraliya ilə matçdan sonra onun üçün məcbur olan müsahibədə iştirak etməməsidir. Yığmanın kapitanı qərar verildiyi andan 30 gün ərzində cəriməni ödəməlidir.
Bildirilir ki, bu hal təkrarlanacağı təqdirdə, Axmedov üçün daha ciddi cəza tətbiq oluna bilər.
Qeyd edək ki, Avstraliya-Özbəkistan matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti zərbələrini dəqiq yerinə yetirən Avstraliya növbəti mərhələyə vəsiqə qazanıb.
Son xəbərlər
22:21
"Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib
Digər ölkələr22:15
Tramp ABŞ və Çinin qarşıdakı razılaşmaları barədə böyük nikbinliklə danışıb
Digər ölkələr22:01
Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal
Fərdi21:55
CENTCOM blokadanın bərpasından bəri 122 kommersiya gəmisini yönləndirib
Digər ölkələr21:51
Azərbaycan boksçusu Nəbi İsgəndərov Avropa çempionatında gümüş medal qazanıb
Fərdi21:40
RİNN, AZCON Holding və "Microsoft Ireland Operations Limited" arasında Anlaşma Memorandumu imzalanıb
İKT21:13
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib
Xarici siyasət21:09
Foto
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib
Daxili siyasət21:02