Şimali Koreya və Malayziya yığmaları arasındakı oyun təxirə salınıb

Futbol
  • 28 sentyabr, 2017
  • 10:33
Şimali Koreya və Malayziya yığmaları arasındakı oyun təxirə salınıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Oktyabrın 5-də futbol üzrə Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində Pxenyanda keçirilməli olan Şimali Koreya – Malayziya görüşü təxirə salınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, buna səbəb Malayziyanın öz vətəndaşlarına Şimali Koreyaya səfər qadağası tətbiq etməsidir.

Bu matç daha əvvəl də iki ölkə arasında münasibətlərin pis olması üzündən 2 dəfə təxirə salınıb. Bu il martın 28-nə təyin olunan qarşılaşma iyunun 8-nə ertələnib.

Qeyd edək ki, bu gün Malayziyanın Daxili İşlər İazirliyi bu ölkənin vətəndaşlarının Şimali Koreyaya səfər etmələrinə qadağa qoyub.