Futbol üzrə klublararası dünya çempionatının formatı dəyişdirilə bilər
- 27 oktyabr, 2017
- 11:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 oktyabr. REPORT.AZ/ Futbol üzrə klublararası dünya çempionatının formatı dəyişdirilə bilər. “Report” xəbər verir ki, bu barədə TASS-a FİFA Şurasının üzvü Aleksey Sorokin bildirib.
Onun sözlərinə görə, yeni formatın tətbiqi 2021-ci ilə planlaşdırılıb. 2018-ci il dünya çempionatının Təşkilat Komitəsinin baş direktoru olan A.Sorokin deyib ki, turnirin yayda təşkil olunacağı istisna edilmir: “Şura mövcud klublararası dünya çempionatının bazasında Dünya Liqasının təşkil olunmasını müzakirə etdi. Böyük ehtimalla, çempionat 2021-ci ildə yeni formatda təşkil olunacaq. Komandaların sayının artırılması yönündə iş aparılacaq”.
Qeyd edək ki, ilk dəfə klublar arasında dünya çempionatı 2000-ci ilin yanvarında Braziliyada keçirilib. FİFA bu turniri Qitələrarası Kubokun varisi kimi qəbul edib.