Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşib - VİDEO

Futbol
  • 18 aprel, 2017
  • 20:37
Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşib - VİDEO
Foto: "Reuters"
Foto: Reuters

Bakı. 19 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşib. 

"Report"un məlumatına görə, bu, İspaniya "Atletiko"sudur.

Dieqo Simeonenin baş məşqçi olduğu komanda 1/4 finalda İngiltərənin "Lester" klubunu mübarizədən kənarlaşdırıb. "Atletiko" səfərdəki ilk görüşdən 2:1 hesablı üstünlüklə ayrıldıqdan sonra evdə də uduzmayıb - 1:1. Madrid komandasının qolunu 26-cı dəqiqədə Saul Nyiqes vurub. "Lester"dən isə 61-ci dəqiqədə Ceymi Vardi fərqlənib.

Qeyd edək ki, növbəti yarımfinalçı hazırda İspaniyada "Real Madrid"lə Almaniyanın "Bavariya" komandası arasında keçirilən cavab görüşündən sonra müəyyənləşəcək. Qarşılaşmanın əsas vaxtı münhenlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə "kral klubu" eyni hesabla qalib gəldiyindən, hər hissəsi 15 dəqiqədən ibarət əlavə vaxt təyin olunub.