Futzal üzrə Azərbaycan millisi yenidən Joze Alesio Da Silvaya həvalə olunub

Futbol
  • 29 iyun, 2017
  • 07:46
Futzal üzrə Azərbaycan millisi yenidən Joze Alesio Da Silvaya həvalə olunub

Bakı. 29 iyun. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə yenidən Joze Alesio Da Silvaya həvalə olunub. 

Braziliyalı mütəxəssis həmyerlisi Biro Jadeni əvəzləyib.

Qeyd edək ki, Joze Alesio da Silva 2009 - 2014-cü illərdə də Azərbaycan millisinə rəhbərlik edib. O, 2008/2009 mövsümündə “Araz Naxçıvan”ın da baş məşqçisi olub.

44 filmi