Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib

Futbol
  • 20 dekabr, 2019
  • 17:51
Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, 1/4 final mərhələsinin son cavab matçında "Keşlə" "Qarabağ"ı qəbul edib. "ASCO Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 20-ci dəqiqədə açılıb. Mahir Emreli komandasını önə keçirib. 40-cı dəqiqədə isə Xayme Romero "Keşlə"ni yenidən mərkəzə dəvət edib. 67-ci dəqiqədə Xəzər Mahmudov fərqi azalda bilib. 90+2 dəqiqədə Toral Bayramlı fərqi daha da artırıb.

İlk görüşdə 1:0 hesablı qələbə qazanan "Qarabağ" yarımfinala yüksəlib. Son ölkə çempionu bu mərhələdə "Sumqayıt"la üz-üzə gələcək.

Digər yarımfinalda isə "Zirə" və "Qəbələ" komandaları qarşılaşacaqlar. Bu mərhələnin oyunları 22 - 29 aprel tarixində keçiriləcək.

44 filmi