"Fulhem"in futbolçuları baş məşqçi Alvaro Arbeloanın işindən narazıdırlar
- 10 sentyabr, 2026
- 15:29
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Fulhem" klubunun futbolçuları baş məşqçi Alvaro Arbeloanın işindən narazıdırlar.
"Report" "Teamtalk" nəşrinə istinadən xəbər verir ki, bu vəziyyət London təmsilçisinin rəhbərliyini 43 yaşlı mütəxəssisi vaxtından əvvəl istefaya göndərmək barədə düşünməyə vadar edib.
Oyunçular Arbeloaya inamarını itiriblər və onun rəhbərliyi altında keçirilən məşqlərin intensivliyindən narazıdırlar.
Komandanın göstərdiyi nəticələr də vəziyyəti ağırlaşdırır. "Fulhem" Premyer Liqada keçirdiyi ilk üç oyunda məğlub olub.
Klub rəhbərliyi ispaniyalı mütəxəssislə vidalaşmağı nəzərdən keçirir. Lakin ona qarşıdakı matçlarda vəziyyəti düzəltmək üçün şans da verilə bilər.
Alvaro Arbeloanın taleyini "Liverpul" və "Mançester Yunayted"lə oyunlar həll edəcək.