"Frayburq"un baş məşqçisi: "Avropa Liqasında özümüzü sübut etmək istəyirik"
Futbol
- 29 avqust, 2022
- 09:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bu turnirdə ölkəmizi təmsil edirik. Orada özümüzü sübut etmək istəyirik".
"Report" "Dpa" nəşrinə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx deyib.
57 yaşlı mütəxəssis noyabradək sıx təqvimlə üz-üzə olacaqlarını bildirib: "Hazırda bu barədə düşünürəm. 4 oyunda 9 xal qazanmışıq və bu, bizə çox kömək edir. Bundesliqada mövsümə yaxşı start vermişik. Ümid edirəm ki, avrokubokda da eyni nəticələri təkrarlayacağıq".
Qeyd edək ki, "Frayburq" Avropa Liqasında ilk görüşünü sentyabrın 8-də "Europa Park" stadionunda "Qarabağ"a qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Son xəbərlər
16:47
Azərbaycan Çindən əncir idxalını bərpa edib
Biznes
16:42
"İmişli" Afrikadan dəvət etdiyi futbolçulardan 4-ü ilə müqavilə bağlayıb
Futbol
16:37
Foto
AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
Futbol
16:23
Merts və Tramp Ukraynadakı müharibənin tezliklə başa çatdırılmasını müzakirə ediblər
Digər ölkələr
16:21
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
Digər ölkələr
16:21
Foto
SPECA iştirakçı dövlətləri Bişkekdə sərhədkeçmə prosedurlarının sadələşdirilməsini müzakirə edib
İnfrastruktur
16:15
Foto
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
İnfrastruktur
16:15
ABB-nin dəstəyi ilə bir gündə 1 250 ağac əkildi
Maliyyə
16:11
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya