Fransa millisinin futbolçusu hazırda ən yaxşı formada olduğunu düşünür
- 08 oktyabr, 2025
- 14:53

Fransa millisinin futbolçusu Adrian Rabyo karyerası ərzində hazırda ən yaxşı formada olduğunu düşünür.
"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, bu barədə yarımmüdafiəçi açıqlama verib.
İtaliyanın "Milan" klubunda çıxış edən təcrübəli oyunçu Fransa yığmasının böyük potensialının olduğunu bildirib:
"İlk növbədə dünya çempionatına vəsiqə qazanmalıyıq. Əninəm ki, bunu edəcəyik. Böyük potensialımız var. Gələn il 31 yaşım olacaq. Özümü əqli və fiziki cəhətdən əla hiss edirəm. Yəqin ki, bütün karyeramın ən yaxşı formasındayam".
Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını Azərbaycan yığmasına qarşı keçirəcək. Qarşılaşma oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.