Fransa millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb

Futbol
  • 04 iyun, 2018
  • 13:56
Fransa millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb

Bakı. 4 iyun. REPORT.AZ/ Fransa milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün yekun heyəti müəyyənləşib. 

"Report"un məlumatına görə, "23-lüy"ə 3 qapıçı, 8 müdafiəçi, 5 yarımmüdafiəçi və 7 hücumçu daxil edilib.

Qapıçılar: Alfons Areola (PSJ), Uqo Lyoris ("Tottenhem", İngiltərə), Stiv Mandanda ("Marsel") 

Müdafiəçilər: Lukas Ernandes ("Atletiko", İspaniya), Presnel Kimpembe (PSJ), Benjamen Mendi ("Mançester Siti", İngiltərə), Cibril Sidibe ("Monako"), Adil Rami ("Marsel"), Benjamen Pavar (Ştutqart" Almaniya), Samuel Yumtiti ("Barselona", İspaniya), Rafael Varan ("Real Madrid", İspaniya)

Yarımmüdafiçələr: Blez Matüidi ("Yuventus", İtaliya), Pol Poqba ("Mançester Yunayted", İngiltərə), N Qolo Kante ("Çelsi", İngiltərə), Korentin Tolisso ("Bavariya", Almaniya), Stiven N Zonzi ("Sevilya", İspaniya) 

Hücumçular: Olivye Jiru ("Çelsi", İngiltərə) Antuan Qrizmann ("Atletiko", İspaniya), Usman Dembele ("Barselona", İspaniya), Toma Lemar ("Monako"), Kilian Mbappe (PSJ), Floryan Toven ("Marsel"), Nabil Fekir ("Lion") 

Qeyd edək ki, Fransa millisi dünya çempionatında Avstraliya, Danimarka və Peru ilə birgə C qrupunda mübarizə aparacaq.