Fransa çempionatındakı münaqişəyə görə 3 yeniyetmə saxlanılıb
Futbol
- 23 avqust, 2021
- 08:46
Fransa Liqa 1-in III turunda "Marsel" və "Nitsa" komandaları arasında oyunda baş vermiş insident zamanı 3 yeniyetmə polis tərəfindən saxlanılıb.
"Report" BFM telekanalına istinadən xəbər verir ki, onlarla bağlı yerində protokol tərtib edilib, həmin şəxslər axşam evlərinə göndərilib.
Nitsa prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, matç zamanı azarkeşlər kütləvi şəkildə meydana qaçıb və oyunçularla dalaşıblar. Münaqişə "Marsel"in yarımmüdafiəçisi Dimitri Payetə butulka atılması ilə başlayıb. Futbolçu butulkanı tribunaya geri atıb, bundan sonra hirsli fanatlar meydana girib. Matç futbolçularla azarkeşlərin kütləvi davasına görə yarımçıq dayandırılıb. Həmin vaxt "Nitsa" 1:0 hesabı ilə öndə olub.
Son xəbərlər
16:45
Məcnun Məmmədov: "Mərmər bağacığı ilə bağlı 31 rayonda monitorinq aparılıb"
ASK16:43
Rumıniya Moldova ilə sərhəddə körpünün tikintisinə 50 milyon avro ayıracaq
Digər ölkələr16:43
Azərbaycanda üç vəkil cəzalandırılıb
Hadisə16:43
Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB-2
Ekologiya16:42
Bəxtiyar Aslanbəyli Böyük Britaniyanın fəxri mükafatına layiq görülüb
Xarici siyasət16:39
Türkiyə millisinin sabiq baş məşqçisi vəfat edib
Futbol16:38
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 23 % artıb
Maliyyə16:36
Foto
Gəncədə külək işıq dirəyini aşırıb, iki avtomobilə zərər dəyib
Hadisə16:34