Françesko Totti koronavirusa yoluxdu
Futbol
- 02 noyabr, 2020
- 14:26
İtaliya millisinin və "Roma" klubunun sabiq futbolçusu Françesko Tottidə koronavirus aşkarlanıb.
"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu halsızlıq və qızdırma hiss etdikdən sonra testdən keçib.
Totti hazırda özünü yaxşı hiss edir. Onunla yanaşı, həyat yoldaşı İlari Blazinin də testi müsbət nəticə verib, lakin onda xəstəliyin əlamətləri yoxdur.
Bir neçə həftə əvvəl Françesko Tottinin atası Entso Totti koronavirusun yaratdığı fəsadlardan sonra dünyasını dəyişib.
Qeyd edək ki, Françesko Totti peşəkar karyerası ərzində 1992 - 2017-ci illərdə "Roma"nın formasını geyinib. O, İtaliya yığması ilə 2006-cı ildə dünya çempionatının qalibi olub.
Son xəbərlər
02:38
Trampın reytinqi ikinci prezidentlik müddətində ən aşağı səviyyəyə düşüb
Digər ölkələr02:09
Çin ABŞ dövlət istiqrazlarına yatırımlarını 633,4 milyard dollara qədər azaldıb
Digər ölkələr01:58
Ərdoğan Trampla İran və Qəzzanı müzakirə edib
Region01:36
FİFA İnfantinonu tənqid edən direktoru işdən çıxarıb
Futbol01:15
İsrail ordusu Qəzzada qalacaq
Digər ölkələr00:31
Trampın kürəkəni: HƏMAS-ın tərksilah edilməsi artıq 30 gün ərzində başlaya bilər
Digər ölkələr00:17
Rusiya nefti daşıyan tanker Qara dənizdə PUA hücumuna məruz qalıb
Digər ölkələr23:45
Rodri "Barselona"ya keçib
Futbol23:21