"Flamenqo" klubu Argentina millisinin üzvü Tyaqo Almada üçün 30 milyon avro təklif edib

Futbol
  • 06 avqust, 2026
  • 09:51
Flamenqo klubu Argentina millisinin üzvü Tyaqo Almada üçün 30 milyon avro təklif edib

Braziliyanın "Flamenqo" klubu İspaniyanın "Atletiko" (İspaniya) komandasının və Argentina yığmasının yarımmüdafiəçisi Tyaqo Almadanın transferi üçün 30 milyon avro təklif edib.

"Report" "SuperDepor.com"a istinadən xəbər verir ki, Braziliya təmsilçisi futbolçu ilə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalamağa hazırdır.

"Atletiko"nun bu variantla razılaşdığı bildirilib. Futbolçu isə artıq şəxsi müqaviləsinin şərtlərini razılaşdırdığı "River Pleyt"ə üstünlük verir. Argentina klubu yarımmüdafiəçinin hüquqlarının 50 faizini əldə etməyi planlaşdırır.

2025-ci ilin yayında Madrid təmsilçisi futbolçunun hüquqlarının 50 %-i üçün təxminən 21 milyon avro ödəyib. O, baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında 2025/2026 mövsümündə La Liqada 27 matça çıxıb və 3 qola imaza atıb.

Qeyd edək ki, T.Almada Lionel Skaloninin baş məşqçisi olduğu Argentina millisinin heyətində DÇ-2026-da 5 matça çıxıb.

44 filmi