Yan Diomande Fildişi Sahili - Ekvador matçının ən yaxşı oyunçusu açıqlanıb

Futbol
  • 15 iyun, 2026
  • 06:16
Yan Diomande Fildişi Sahili - Ekvador matçının ən yaxşı oyunçusu açıqlanıb

Futbol üzrə dünya çempionatında Fildişi Sahili və Ekvador yığmaları arasında keçirilən E qrupunun matçının ən yaxşı oyunçusu bəlli olub.

"Report" xəbər verir ki, afrikalıların heyətində Yan Diomande oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, 19 yaşlı hücumçu komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanı yüksək səviyyədə keçirib.