FIFA zədələnən futbolçu üçün "Real Madrid"ə ödəniş edəcək
Futbol
- 23 noyabr, 2021
- 05:18

İspaniyanın "Real Madrid" klubu FIFA-dan əlavə ödəniş alacaq.
"Report" "Marca"ya istinadən xəbər verir ki, buna Madrid təmsilçisinin futbolçusu Qaret Beylin Uels millisinin düşərgəsində zədələnməsi səbəb olub.
Ali futbol qurumunun 2019-cu ildəki qərarına əsasən, oyunçular yığmanın heyətində zədələnərsə, klublara təzminat veriləcək.
FIFA 32 yaşlı hücumçu 28 gündən çox "kral klubu"nun heyətində olmayacağı təqdirdə 25,5 min avro ödəməli olacaq.
Qeyd edək ki, Qaret Beyl Belarusa 5:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda zədələnib. Forvard ən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, daha əvvəl də yığmanın oyunlarında xəsarət alıb. Beyl cari mövsüm La Lİqada 3 oyunda iştirak edib və 1 qol vurub.
Son xəbərlər
16:14
NATO Alyans üzvlərinin ərazisinin hər qarışını müdafiə edəcək
Digər ölkələr16:12
"Kaspi"nin əməkdaşı beynəlxalq festivalın münsiflər heyətinə üzv seçilib
İncəsənət16:11
Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək - EKSKLÜZİV
Milli Məclis16:05
Humay Əhmədbəyli: KOBİA qadın sahibkarlığının inkişafına dəstək göstərir
Biznes16:04
Azərbaycan QDTİB ilə dövlət-özəl tərəfdaşlıq layihələrində əməkdaşlığı müzakirə edib
Biznes16:03
Musa Quliyev: Azərbaycanda açılan iş yerlərinin 74.7 faizi paytaxtdadır
Sosial müdafiə16:02
Azərbaycan və Vyetnamın şahmat milliləri arasında onlayn yoldaşlıq görüşü keçirilib
Fərdi15:55
Azərbaycanın U-19 millisinin baş məşqçisi: "Polşaya 0:6 hesablı məğlubiyyət faciə deyil"
Futbol15:49