FİFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb

Futbol
  • 31 avqust, 2023
  • 08:27
FİFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb

Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar FİFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.

“Report” xəbər verir ki, beynəlxalq qurumların rəhbərliyi adından Azərbaycan futbol ailəsinə başsağlığı verilib.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Şəhriyar Rəhimov avqustun 25-də, 34 yaşında müalicə aldığı Türkiyədə vəfat edib.