Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6

Futbol
  • 30 mart, 2026
  • 21:21
Azərbaycan millisi FIFA Series - 2026 turnirinin qalibi olub - YENİLƏNİB-6

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.

"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.

Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq (9:8) oynayan Azərbaycan yığması turnirin qalibi olub.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

"FIFA Series – 2026" beynəlxalq turnirinin Azərbaycan - Syerra Leone oyununda penaltilər seriyası olacaq.

"Report"un məlumatına görə, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqəsində qonaqların heyətində Daniel Kanu fərqlənib.

72-ci dəqiqədə Rahil Məmmədov tarazlığı bərpa edib.

"FIFA Series – 2026" beynəlxalq turnirinin Azərbaycan - Syerra Leone oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan millisi hesabı bərabərləşdirib - 1:1.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 72-ci dəqiqəsində Rahil Məmmədov fərqlənib.

"FIFA Series – 2026" beynəlxalq turnirinin Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, qonaqlar hazırda hesab öndədir - 1:0.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.

"FIFA Series – 2026" beynəlxalq turnirinin Azərbaycan - Syerra Leone oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, qonaqlar fasiləyə öndə yollanıblar - 1:0.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.

"FIFA Series – 2026" beynəlxalq turnirinin Azərbaycan - Syerra Leone oyununda hesab açılıb.

"Report"un məlumatına görə, matçda ilk qolu qonaqlar vurub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.

"FIFA Series – 2026" beynəlxalq turnirində Azərbaycan - Syerra Leone oyunu start götürüb.

"Report"un məlumatına görə, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da başlayıb.

Görüşün baş hakimi özbəkistanlı Asker Najafaliyevdir.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.