FIFA referisi Rauf Cabarov Konfrans Liqasının oyununa təyinat alıb

Futbol
  • 03 iyul, 2023
  • 10:36
FIFA referisi Rauf Cabarov Konfrans Liqasının oyununa təyinat alıb
Rauf Cabarov

Azərbaycanın FIFA referisi Rauf Cabarov UEFA-dan təyinat alıb.

"Report"un məlumatına görə, o, Albaniyada "Vlazniya" və Şimali İrlandiyanın “Linfild” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Cabarova laynsmanlar qismində Namik Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

44 filmi