FIFA prezidenti irqçiliyə görə cəza təklif edib
Futbol
- 21 yanvar, 2024
- 07:32
FIFA rəhbəri Canni İnfantino azarkeşləri irqi zəmində futbolçulara hörmətsizlik edən klublara texniki məğlubiyyət verilməsini istəyib.
“Report” xəbər verir ki, o, bu barədə instaqram səhifəsində məlumat verib.
“Udinedə baş verən hadisələr qəbuledilməz və iyrəncdir. İrqçilik və digər ayrı-seçkiliyin futbolda və cəmiyyətdə yeri yoxdur. Şənbə günü baş verən hadisələrdən təsirlənən futbolçulara tam dəstəyimi bildirirəm.
Üç mərhələli prosesə əlavə olaraq, azarkeşləri irqçi olan və matçın ləğvinə səbəb olan komanda üçün avtomatik məğlubiyyət tətbiq etməli, həmçinin irqçilərin bütün dünyada stadionlara gəlməsini qadağan etməli və onların mühakimə olunmasını təmin etməliyik”, - İnfantino yazıb.
Son xəbərlər
03:34
Serbiya lideri Avropa İttifaqına çağırış edib
Digər ölkələr03:00
Vuçiç BMT-nin fəaliyyətindən narazıdır
Digər ölkələr02:38
Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05
Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
Region00:53