FIFA-nın 16 məmuru barəsində cinayət işi açılıb
Futbol
- 04 dekabr, 2015
- 09:43
Bakı. 4 dekabr. REPORT.AZ/ FİFA-nın 16 sabiq və hazırkı məmuru barəsində cinayət işi açılıb. "Report"un məlumatına görə, bu barədə ABŞ ədliyyə naziri Loretta Linç nazirlikdə təşkil olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, həmin məmurlar öz vəzifələrindən maddi gəlir əldə etmək üçün istifadə ediblər: "Artıq bir neçə məmur saxlanılıb. Buna baxmayaraq, əməliyyat davam edir və digərləri də saxlanıldıqdan sonra ABŞ-a gətiriləcək".
L.Linç bildirib ki, barəsində cinayət işi açılan şəxs və qurumların sayı 41-ə çatıb. Onlardan 12 şəxs və 2 idman şirkəti günahkar hesab olunub.
Son xəbərlər
13:15
Paşinyan: Ermənistan Aİİ-də Rusiya ilə eksklüziv münasibətlərə razı deyil
Region13:10
Azərbaycanın velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına başlayıblar
Fərdi13:03
Polşa Ukraynaya "Patriot" raketlərinin yeni partiyasını verə bilər
Digər ölkələr13:02
Səhiyyə Nazirliyi sığortaçı seçib
Maliyyə12:54
Fabyen Bartez Fransa millisinin qapıçılar üzrə məşqçisi təyin olunub
Futbol12:48
ABŞ-nin üzgüçülük millisi dünya rekordunu yeniləyib
Fərdi12:35
Paşinyan: Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər
Region12:35
Sabah rayonlara yağış yağacaq
Ekologiya12:33