FIFA "Lester"in prezidentinin ölümü ilə əlaqədar kluba başsağlığı verib
- 29 oktyabr, 2018
- 09:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 oktyabr. REPORT.AZ/ FIFA İngiltərənin "Lester" klubunun prezidenti Vişay Şrivaddanaprabhanın ölümü ilə əlaqədar kluba başsağlığı verib.
"Report" xəbər verir ki, qurum başsağlığı məktubunu rəsmi "Twitter" hesabı vasitəsilə paylaşıb. Mətndə FIFA-nın prezidenti Canni İnfantino hadisə zamanı həyatını itirən şəxslərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verməsi əksini tapıb.
Qeyd edək ki, "Lester Siti" futbol klubunun sahibi Vişay Şrivaddanaprabha vertolyot qəzası nəticəsində ölüb. Hadisədə həmçinin onun qızı, pilot və daha 2 nəfər həyatını itirib.
Vichai Srivaddhanaprabha, Owner @LCFC, along with 4 others tragically lost his life on Sat. FIFA extends its deepest sympathies to their families & friends & to the many football fans for whom Vichai was an integral member of The Foxes family. FIFA President Gianni Infantino
— FIFA Media (@fifamedia) 29 октября 2018 г.