FIFA "Kayserispor" və "Amedspor"a transfer qadağası tətbiq edib

Futbol
  • 27 mart, 2026
  • 13:22
FIFA Kayserispor və Amedspora transfer qadağası tətbiq edib

Türkiyənin "Kayserispor" və "Amedspor" komandaları FIFA tərəfindən transfer qadağasına məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə FIFA müvafiq qərar qəbul edib.

"Kayserispor" növbəti üç transfer dönəmində yeni futbolçuların qeydiyyatını həyata keçirə bilməyəcək.

"Amedspor"a isə qadağa aradan qaldırılana qədər qeyri-müəyyən müddətə cəza tətbiq olunub.

44 filmi