FIFA İntizam Komitəsi İsveç Futbol Assosiasiyasını cərimələyib

Futbol
  • 31 oktyabr, 2025
  • 19:36
FIFA İntizam Komitəsi İsveç Futbol Assosiasiyasını cərimələyib

FIFA İntizam Komitəsi İsveç Futbol Assosiasiyasını 60 min kron (6,350 ABŞ dolları) məbləğində cərimələyib.

"Report" xəbər verir ki, buna millinin azarkeşlərinin uyğunsuz davranışları səbəb olub.

Belə ki, DÇ-2026-nın seçmə mərhələsində keçirilən İsveç - İsveçrə matçında yerli azarkeşlər rəqib komandanın himni səsləndirilərkən tribunadan fit səsləri ucaldıblar.

İsveç Futbol Assosiasiyasının baş direktoru Tobias Tibelli deyib:

"Əlbəttə ki, azarkeşlərimizin milli komandalarımıza ardıcıl göstərdiyi möhtəşəm dəstəyə görə çox sevinirik və bunu yüksək qiymətləndiririk. Eyni zamanda, rəqiblərimizə həmişə hörmətlə yanaşmağın vacibliyini vurğulamaq istərdik və buna görə də İsveçrə himninin səsləndirilməsi zamanı baş verən səs-küydən təəssüflənirik".

Qeyd olunur ki, İsveç Futbol Assosiasiya FIFA-nın qərarını qəbul edib və apellyasiya şikayəti verməyəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti