FIFA Fransadakı məşhur stadionu almaq istəyir
Futbol
- 02 mart, 2023
- 12:38
FIFA 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra "Stad de Frans" stadionunun alınması ilə bağlı tenderdə iştirak edəcək.
"Report" "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, ali futbol qurumunun prezidenti Canni İnfantino fevralın 15-də ölkə prezidenti Emmanuel Makronla məsələni müzakirə edib.
Bildirilib ki, təcavüz qalmaqalından sonra istefa vermiş Fransa Futbol Federasiyasının sabiq prezidenti Noel Le Qrey FIFA-ya ölkə hakimiyyəti ilə danışıqlarda köməklik göstərəcək.
Qeyd edək ki, 1998-ci ildə istifadəyə verilmiş "Stad de Frans"ın dəyəri 600 milyon avro olaraq qiymətləndirilir. Arena 2024-cü ildə olimpiadada istifadə ediləcək.
Son xəbərlər
22:26
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
Futbol22:24
Azərbaycan səfiri Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb
Xarici siyasət22:18
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır
Region22:09
KDR-də toy mərasimində yanğın olub, 22 nəfər ölüb
Digər ölkələr21:56
İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib
Region21:51
Livanın Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 4 359 nəfər həlak olub
Digər ölkələr21:41
Foto
Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib
Fərdi21:25
Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır
Xarici siyasət21:24