FIFA Əl-Həddadinin Mərakeş millisində oynamasına icazə verdi
Futbol
- 05 fevral, 2021
- 15:05
FIFA İspaniya "Sevilya"sının futbolçusu Munir Əl-Həddadinin idman vətəndaşlığının dəyişdirildiyini təsdiqləyib.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, Mərakeş əsilli hücumameylli yarımmüdafiəçinin sözügedən ölkənin millisində oynamasına icazə verilib.
Artıq 26 yaşlı oyunçu yığmanın formasını geyinə bilər.
Qeyd edək ki, ikili vətəndaşlığı olan Munir Əl-Hədddadi 2014-cü ildə İspaniya millisinin formasını geyinib. Bu səbəbdən FIFA 2018-ci ildə onun Mərakeş yığmasında oynamaqla bağlı istəyini rədd edib. 2020-ci ilin sentyabrında idman vətəndaşlığının dəyişdirilməsinə dair qərarın yumşaldılmasından sonra növbəti dəfə ali futbol qurumuna üz tutan oyunçu yenə eyni halla üzləşib. Forvard 3-cü cəhdində arzusuna çatıb.
Son xəbərlər
23:24
ABŞ Ukraynaya Rusiyanın mümkün hava hücumu barədə xəbərdarlıq edib
Digər ölkələr23:22
UEFA "Bavariya"ya tribuna bağlamaq cəzası verib
Futbol23:21
Tramp: Əgər etirazçılar öldürülsə, ABŞ İrana sərt zərbə endirəcək
Digər ölkələr23:17
Uitkoff Putinin xüsusi nümayəndəsinə Ukrayna ilə razılaşdırılmış sülh planını təqdim edib
Digər ölkələr23:15
Yasamal rayonunun bir hissəsində qaz olmayacaq
Energetika23:13
Tramp administrasiyası Qrenlandiya sakinlərinə milyardlarla dollarlıq ödənişləri müzakirə edib
Digər ölkələr23:07
Rusiyanın hücumu nəticəsində Krivoy Roqda yaralananların sayı 13-ə çatıb - YENİLƏNİB
Digər ölkələr23:04
Venesuelada çox sayda məhkum azad ediləcək
Digər ölkələr22:55