FIFA ehtiyatlarının böyük hissəsi üzv assosiasiyalar arasında bölüşdürülə bilər

Futbol
  • 29 sentyabr, 2026
  • 10:15
FIFA ehtiyatlarının böyük hissəsi üzv assosiasiyalar arasında bölüşdürülə bilər

FIFA-nın 5,13 milyard avro məbləğində ehtiyat vəsaitinin daha əhəmiyyətli hissəsi təşkilata üzv assosiasiyalar arasında bölüşdürülə bilər.

"Report" xəbər verir ki, bu məlumatı qurumun prezidenti Canni İnfantino açıqlayıb.

FIFA-nın rəhbəri 6 qitə konfederasiyasına bu məsələ ilə əlaqədar müraciət məktubu ünvanlayıb.

İnfantino əlavə maliyyə dəstəyinin təmin olunmasına tərəfdar olduqlarını qeyd edib. Məktub sentyabrın 28-də konfederasiyalara çatdırılıb.

Bu təklif oktyabrın 15-də keçiriləcək toplantıda FIFA Şurası tərəfindən müzakirə ediləcək.