FIFA dünya çempionatına marağın azalmasından narahatdır

Futbol
  • 17 fevral, 2026
  • 14:55
FIFA dünya çempionatına marağın azalmasından narahatdır

FIFA futbol üzrə dünya çempionatı ərəfəsində azarkeş marağının gözlənilən səviyyədə olmamasından narahatdır.

"Report" "The Touchline" portalına istinadən xəbər verir ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək mundialın miqyasına baxmayaraq, azarkeş fəallığı təşkilatçıların ümidlərini hələ ki, doğrultmur.

Mənbə bildirir ki, turnirə marağın aşağı olması FIFA üçün əsas müzakirə mövzularından birinə çevrilib.

"Forbes" nəşrinin yazdığına görə, biletlərin qiyməti də narazılıq doğuran məqamlardandır. Belə ki, FIFA-nın 155 dollara satışa çıxardığı biletlər vasitəçi platformalarda 1000 dollardan yuxarı qiymətə təklif olunur.

Final oyunu üçün 8 680 dollara satılan ən bahalı biletlərin isə kənar saytlarda qiyməti 57 min dollara qədər yüksələ bilər.

Qeyd olunur ki, yüksək qiymətlər mövcud problemlərdən yalnız biridir.

Son xəbərlər

Bütün Xəbər Lenti