FIFA drona görə federasiyanı cəzalandırıb
Futbol
- 06 noyabr, 2021
- 07:11
FIFA Moldova Futbol Federasiyasını 30 000 avro məbləğində cərimələyib.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Kişineuda Moldova və Avstriya yığmaları arasında keçirilmiş 2022-ci il dünya çempionatının seçmə oyununda təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
Hadisə matçın start fitindən öncə baş verib. Dövlət himnləri səslənərkən meydançanın üzərində pilotsuz uçuş aparatı görünüb. Nəticədə oyun yarım saat gec başlayıb.
Daha sonra dronun azyaşlı sosial şəbəkə istifadəçisinə məxsus olduğu üzə çıxıb. Uşağın valideynləri insidentə görə cərimələniblər.
Qeyd edək ki, sentyabrın 11-də oynanılmış qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
20:17
Saray qəsəbəsində yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb
Hadisə20:02
Kir Starmer növbəti parlament seçkilərində leyboristlərə rəhbərlik etmək niyyətindədir
Digər ölkələr19:51
Foto
Azərbaycan nümayəndə heyəti FİS-in Beynəlxalq Xizək Konqresində iştirak edib
İdman19:30
Foto
Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb
İdman19:29
Vens: Tehranla razılaşma İran aktivlərinin blokdan çıxarılmasını nəzərdə tutmur
Digər ölkələr19:21
Əraqçi: İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır
Digər ölkələr19:17
Foto
Ankarada azərbaycanlı tələbələr "Bir şəhər, iki baxış" fotomüsabiqəsində mükafatlandırılıblar
Mədəniyyət siyasəti19:05
Lukaşenko: Yaxın Şərq və Ukraynadakı müharibələri bu il bitirmək mümkündür
Digər ölkələr18:58