FIFA daha 225 futbolçuya kompensasiya ödəyəcək
Futbol
- 12 may, 2023
- 09:37
FIFA daha 225 futbolçunun kompensasiya müraciətini müsbət qarşılayıb.
“Report”un ali futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, FIFPRO ilə birgə yaradılan FIFA-nın Futbolçular Fondunun (FIFA FFP) üçüncü mərhələsində 4 milyon dollar ödəniş olacaq.
Fond 2021-ci il ərzində maaş almayan, klubları ilə razılaşdırılmış məvacibi lazımi qaydada almaq imkanı olmayan futbolçulara bu formada dəstək nümayiş etdirib. 225 oyunçu 28 müxtəlif ölkədəndir. Həmin ölkələr arasında Azərbaycan yoxdur.
Qeyd edək ki, fondun ümumi büdcəsi 16 milyon dollar təşkil edir. İlk iki mərhələdə ümumilikdə 8 milyon dollar xərclənib. 2022-ci ili əhatə edən dördüncü mərhələ üçün isə daha 4 milyon dollar ayrılıb.
Son xəbərlər
04:29
"NBC News": ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər
Digər ölkələr04:07
ÜST: Konqoda Ebola epidemiyası yayılmaqda davam edir
Digər ölkələr03:38
ABŞ və Litva nadir yeraltı metallar üzrə saziş imzalayıblar
Digər ölkələr03:17
ABŞ İran Prezidenti və XİN rəhbərinin BMT Baş Assambleyasında iştirakı üçün vizaları təsdiqləyib
Digər ölkələr02:58
ABŞ Səudiyyə Ərəbistanına 24,3 mlrd dollarlıq F-35-lərin satışını təsdiqləyib
Digər ölkələr02:45
ABŞ Kuba ilə əlaqəli 11 şəxs və şirkətə sanksiyalar tətbiq edib
Digər ölkələr02:21
Merts və Tramp Rusiya-Ukrayna münaqişəsini və Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər
Digər ölkələr01:53
Lənkəranda gənc dava zamanı ağır xəsarət alaraq komaya düşüb
Hadisə01:48