FIFA Argentina millisinin futbolçularının finaldan sonrakı davranışları ilə bağlı araşdırma başladıb
- 20 iyul, 2026
- 19:48
Yeniliklərdən dərhal xəbərdar olun!
FIFA Argentina millisinin futbolçularının dünya çempionatının final oyunundan sonrakı davranışları ilə bağlı araşdırmaya başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Sky Sports" telekanalı məlumat yayıb.
Finalda İspaniya yığması Argentinanı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək çempion olub.
Oyundan sonra Cənubi Amerika təmsilçisinin futbolçusu Leandro Paredes əvvəlcə rəqib müdafiəçi Erik Qarsiyanın boğazından tutub, daha sonra isə yarımmüdafiəçi Qavini itələyib.
Bu davranışından sonra onu komanda yoldaşları sakitləşdiriblər. Bundan başqa, Argentina millisinin müdafiəçisi Nauen Molina ispan futbolçu Rodrinin qələbəni qeyd etdiyi vaxt ona qarşı kobud hərəkət etməyə cəhd göstərib. Yığmanın məşqçilər korpusunun üzvü Roberto Ayala isə Dani Olmoya yumruq atmağa cəhd edib.
Həmçinin mükafatlandırma mərasimində Argentina millisinin futbolçuları İspaniya yığmasına tərəf çevrilməyiblər. Onlar tribunaya yaxınlaşaraq azarkeşlərinə dəstəyə görə təşəkkür ediblər. İspaniya millisinin futbolçuları isə gümüş medalları almaq üçün podiuma çıxan rəqiblərini alqış dəhlizi ilə qarşılayıblar.