FIFA afrikalı hücumçunun "Keşlə" ilə bağlı şikayətini təmin edib
Futbol
- 25 sentyabr, 2021
- 07:05
"Keşlə" və sabiq futbolçusu Aleksandr Kriştovao arasındakı mübahisəli məsələ həllini tapıb.
Bakı klubunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, FIFA anqolalı hücumçunun şikayətini qismən təmin edib.
Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi iddiası ilə ali futbol qurumuna müraciət edən afrikalı forvarda tələb etdiyi məbləğin müəyyən hissəsi ödənilib.
Qeyd edək ki, Aleksandr Kriştovao 2020-ci ilin yanvarında "Keşlə"yə transfer olunub. Ötən ilin yayında komandanın düşərgəsini icazəsiz tərk edən 28 yaşlı forvard klubdan FIFA-ya şikayət edib. Paytaxt təmsilçisi də öz növbəsində təcrübəli oyunçu ilə bağlı ali futbol qurumuna üz tutub. Daha sonra "Keşlə" hücumçu ilə müqaviləni birtərəfli qaydada pozub.
Son xəbərlər
10:29
"Araz-Naxçıvan" Bruno Frankonun müqaviləsinin müddətini uzadıb
Futbol10:23
Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 4 nəfər ölüb, 16 nəfər yaralanıb
Digər ölkələr10:23
DSMF: Sabah pensiyalar tam ödəniləcək
Maliyyə10:22
Azərbaycanda beynəlxalq yük daşımaları 34 % artıb
İnfrastruktur10:15
Foto
Qəhvəyi mərmər bağacığına qarşı bir sıra rayonlarda monitorinqlər aparılıb
Sağlamlıq10:14
SEPAH Bəhreyndə "Amazon"un infrastrukturuna zərbə endirdiyini açıqlayıb
Digər ölkələr10:07
İsrail ABŞ-yə İranın minlərlə nüvə sentrifuqasının yerini dəyişdirdiyini bildirib
Digər ölkələr10:00
Yanvar-may aylarında Azərbaycanda 1 184 əkiz, 48 üçəm doğulub
Daxili siyasət10:00