FİFA Riçard Almeyda ilə bağlı AFFA-nın müraciətinə iyunun 5-dək baxacaq

Futbol
  • 18 may, 2017
  • 11:37
FİFA Riçard Almeyda ilə bağlı AFFA-nın müraciətinə iyunun 5-dək baxacaq

Bakı. 18 may. REPORT.AZ/ FİFA "Qarabağ"ın futbolusu Riçard Almeydanın Azərbaycan millisində oynaya bilməsi məsələsinə iyunun 5-dək baxacaq. "Report" xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.

O deyib ki, ali futbol qurumundan məsələyə mümkün qədər tez baxmaları xahiş olunub: "Çünki rəsmi oyunlar yaxınlaşır. Ümumiyyətlə, belə məsələlərə 4 həftə ərzində baxılır. Bu isə təqribən iyunun 5-nə düşür".

Qeyd edək ki, hazırda Riçard Almeyda Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edir. 

44 - Tezliklə