FİFA referiləri "Qəbələ" ilə "Qarabağ"ın səfər oyunlarına göndərilib
- 11 fevral, 2017
- 11:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XVIII turun hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, qarşıdakı turun heç bir oyununda əlavə köməkçi hakim olmayacaq.
FİFA referilərindən Əliyar Ağayev "Qəbələ"nin, Ömər Paşayev "Qarabağ"ın səfər matçına təyinat alıb. Rəhim Həsənov isə AZAL-la "İnter" arasında keçiriləcək paytaxt derbisində 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Nəhayət, keçmiş beynəlxalq dərəcəli hakim Fariz Yusifova "Neftçi"nin ev oyunu həvalə edilib.
12 fevral (bazar)
“Zirə” - “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov
Zirə İdman Kompleksinin stadionu, 16:30
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov
Gəncə şəhər stadionu, 14:30
13 fevral (bazar ertəsi)
AZAL – “İnter”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
“AZAL Arena”, 15:00
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
“Bakcell Arena”, 17:30