FİFA-nın baş katibi vəzifəsindən kənarlaşdırılıb
Futbol
- 17 sentyabr, 2015
- 23:22
Bakı. 18 sentyabr. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyasının (FİFA) baş katibi Jerom Valke xüsusi xəbərdarlıq olunanadək vəzifəsindən kənarlaşdırılıb.
"Report" xəbər verir ki, qurumun Etika Komitəsi tərəfindən onun barəsində rəsmi araşdırma başladılıb.
"FİFA baş katib ilə bağlı bəzi şübhələr barədə məlumatlandırılıb", — deyə qurumun yaydığı pres-relizdə bildirilir.
"The Guardian"ın yazdığına görə, Valke Dünya çempionatı biletlərinin yüksək qiymətə satılması sxemində iştirakda şübhəli bilinir. Guya idman məmuru bu əməliyyatdan iki milyon dollar vəsait əldə edib.
Hazırda Valke məzuniyyətə göndərilib. O bu vəzifəyə 2007-ci ildə seçilmişdi.
Valkenin vəzifələrini Markus Katner icra edəcək.
Son xəbərlər
11:02
Tatarıstana PUA hücumu nəticəsində 12 nəfər ölüb, 39 nəfər xəsarət alıb - YENİLƏNİB
Digər ölkələr11:02
Litvanın Baş naziri İlham Əliyevə zəng edib
Xarici siyasət11:01
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib
Xarici siyasət10:57
Foto
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir
Mədəniyyət siyasəti10:54
Foto
Azərbaycanın iki boksçusu Qazaxıstanda qızıl medal qazanıb
Fərdi10:53
İyulda dövlət qurumlarına verilən yeni domenlərin sayı 67 % artıb
İKT10:52
Sumqayıt sakini dənizdə batıb
Hadisə10:49
Bilgəhdə kişi dənizdə boğulub
Hadisə10:46
Foto