​FİFA İcraiyyə Komitəsinin fövqəladə iclası oktyabrın 20-nə təyin olunub

Futbol
  • 09 oktyabr, 2015
  • 18:15
​FİFA İcraiyyə Komitəsinin fövqəladə iclası oktyabrın 20-nə təyin olunub

Bakı. 9 oktyabr. REPORT.AZ/ FİFA İcraiyyə Komitəsinin fövqəladə iclası oktyabrın 20-nə təyin olunub. İclas Sürixdə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

İlkin olaraq FİFA prezidenti seçkiləri 26 fevral 2016-cı il tarixinə planlaşdırılmışdı.

Bu həftə qurumun Etika Komitəsi təşkilat rəhbəri Yozef Blatter, baş direktor Jerom Valke və FİFA prezidentliyinə namizədlərdən biri olan UEFA prezidenti Mişel Platinini tutduğu vəzifədən kənarlaşdırıb.

44 filmi