"Fənərbağça" yoldaşlıq matçında "Zenit"i məğlub edib

Futbol
  • 15 noyabr, 2024
  • 18:56
Fənərbağça yoldaşlıq matçında Zeniti məğlub edib

Türkiyənin "Fənərbağça" klubu yoldaşlıq oyununda Rusiya təmsilçisi "Zenit"i məğlub edib.

"Report" xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Hesabı İstanbul kollektivindən 20-ci dəqiqədə Cenk Tosun açıb. 35-ci dəqiqədə ruslar "status-kvo"nu bərpa ediblər. Aleksandr Yeroxin adını tabloya yazdırıb. "Sarı-lacıvərdlilər"in qələbə qoluna isə 63-cü dəqiqədə Levent Mercan imza atıb.

Qeyd edək ki, "Fənərbağça"nın Türkiyə Superliqasında 26 xalı var. "Zenit" isə Rusiya Premyer Liqasında 36 xal toplayıb. Hər iki kollektiv öz çempionatlarında ikinci sırada qərarlaşıblar.