"Fənərbağça" yeni transferini açıqlayıb, futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
  • 21 iyun, 2024
  • 10:45
Fənərbağça yeni transferini açıqlayıb, futbolçusu ilə müqavilənin müddətini uzadıb

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi "X" hesabı məlumat yayıb.

Son olaraq "Fatih Karagümrük"də çıxış edən Levent Mercanla anlaşma əldə olunub. Onunla dördillik müqavilə bağlanıb.

Klub yarımmüdafiəçi Mert Hakan Yandaşın sözləşməsinin müddətini uzadıb. O, daha iki il İstanbul təmsilçisinin uğurları üçün çalışacaq.

44 - Tezliklə