"Fənərbağça" və "Lion" komandaları arasındakı oyun Türkiyədəki hadisələr səbəbiylə ləğv edilib

Futbol
  • 16 iyul, 2016
  • 11:08
Fənərbağça və Lion komandaları arasındakı oyun Türkiyədəki hadisələr səbəbiylə ləğv edilib

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" və Fransanın "Lion" komandaları arasında yoldaşlıq oyunu Türkiyədə hərbi çevriliş cəhdinə görə ləğv edilib.

"Report" xəbər verir ki, oyun bu gün keçirilməli idi.

Maraqlıdır ki, Fransa klubunun oyunçuları hələ də hoteldə qalıb və ölkəni tərk edə bilmir. Buna səbəb İstanbuldan bütün uçuşların ləğv edilməsidir.