“Fənərbağça” Robin van Persi ilə yollarını ayırıb
Futbol
- 19 yanvar, 2018
- 12:52
Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin “Fənərbağça” klubu futbolçu Robin van Persi ilə yollarını ayırıb.
“Report” “Fanatik”ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hollandiyalı forvard karyerasını vətənində, “Feyenoord” klubunda davam etdirəcək.
Qeyd edək ki, Robin van Persi 2015-ci ildə İngiltərənin “Mançester Yunayted” klubundan “Fənərbağça”ya keçib. O, İstanbul təmsilçisinin heyətində çıxdığı 87 matçda 36 qol vurub. “Feyenoord”un yetirməsi olan forvard 2004 – 2012-ci illərdə London “Arsenal”ının formasını geyinib.
Son xəbərlər
19:29
Husilər Moha və Marib şəhərlərinə zərbələr endiriblər, ölən və yaralananlar var
Digər ölkələr19:17
Azərbaycanın çimərlik voleybolçuları "Bioderma Pro Beach Tour"da bürünc medal qazanıblar
Komanda19:04
Hatəmi: Hörmüz boğazı müharibənin bitməsi üçün zəruri şərtlərdən biridir
Region18:41
Foto
Video
Brüsselin məşhur meydanı gül xalçasına çevrilib
Digər ölkələr18:27
"Barselona" Luis Suaresə görə "Sportinq"ə 80 milyon avro ödəmək niyyətində deyil
Futbol18:00
Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 80-ə çatıb
Digər ölkələr17:51
"Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurub
Komanda17:49
Foto
Qarabağ və Rumıniyanın Maramureş regionu arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub
Xarici siyasət17:36