"Fənərbağça" PSJ-nin futbolçusunun transferini açıqlayıb

Futbol
  • 30 yanvar, 2025
  • 15:29
Fənərbağça PSJ-nin futbolçusunun transferini açıqlayıb

Türkiyənin "Fənərbağça" klubu Slovakiya millisinin və Fransa təmsilçisi PSJ-nin futbolçusu Milan Şkrinyarı heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə "sarı-lacıvərdlilər"in mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 29 yaşlı müdafiəçi ilə icarə ərasında cari mövsümün sonuna qədər anlaşıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin digər nəhəng klubu "Qalatasaray" da Şkrinyarla maraqlanıb.