"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib
Futbol
- 22 iyun, 2018
- 10:08
Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisinə Filip Koku rəhbərlik edəcək. "Sarı-lacivərdlilər" 48 yaşlı mütəxəssislə 3 illik razılıq əldə edib. Hollandiyalı baş məşqçinin son iş yeri PSV olub. Artıq Eyndhoven klubu Koku ilə yollarını ayırdığını rəsmi "twitter" hesabı vasitəsilə bəyan edib və ona türk dilində uğurlar arzulayıb. Kokunun yerinə isə Mark van Bommel gətirilib.
Qeyd edək ki, Filip Koku 2013-cü ildən PSV-nin baş məşqçisi olub. O, 5 mövsüm ərzində 3 dəfə Hollandiya çempionluğunu qazanıb.
Son xəbərlər
16:25
Rəşad Eyubov: "Nəriman Axundzadə şəxsi ambisiyalarını komandadan üstün tutmur"
Futbol16:17
Foto
Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim proqramı təşkil olunub
Fərdi16:15
"Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
Analitika16:12
"FİNKA Azərbaycan" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib
Maliyyə16:11
Tahir Tağızadə Serbiya XİN-in dövlət katibi Damyan Yoviç ilə əməkdaşlığı müzakirə edib
Xarici siyasət16:10
Foto
Azərbaycan ilə Yunanıstan arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
İdman16:06
Video
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
Elm və təhsil16:02
Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib
Digər ölkələr16:02