"Fənərbağça" klubu yeni transferini açıqlayıb
Futbol
- 04 iyul, 2016
- 12:44
Bakı. 4 iyul. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu hollandiyalı Qreqori van der Vili transfer etdiyini rəsmən açıqlayıb.
"Report"un İstanbul klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Mərasimdə klubun baş katibi və mətbuat katibi Mahmut Uslu, vitse-prezidentlər Ali Yıldırım, Şekip Mosturoğlu və Tahir Sarıoğlu iştirak ediblər.
28 yaşlı müdafiəçi "sarı-lacivərtlilər"ə transferindən xoşbəxt olduğunu bildirib.
Xatırladaq ki, Qreqori van der Vil karyerası ərzində Hollandiyanın "Harlem", "Ayaks" və Fransanın PSJ klubunda çıxış edib.
Son xəbərlər
10:59
Azyaşlıya pasport verilməsi üçün razılıq ərizəsini artıq "mygov"dan əldə etmək mümkündür
İKT10:57
Rusiya Odessada "Novaya poçta"nın terminalına zərbə endirib
Digər ölkələr10:43
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Maliyyə10:40
Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA
Ekologiya10:36
"Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları" dəyişib
Maliyyə10:32
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
Xarici siyasət10:24
Belçika millisinin üzvü Artur Teat "Bolonya"ya qayıdıb
Futbol10:24
Rəsmi Bakı Malayziya ilə Trinidad və Tobaqonu təbrik edib
Xarici siyasət10:16