"Fənərbağça" ingiltərəli hücumçu Meyson Qrinvudu heyətinə qatıb

Futbol
  • 15 iyul, 2026
  • 00:42
Fənərbağça ingiltərəli hücumçu Meyson Qrinvudu heyətinə qatıb

Türkiyənin "Fənərbağça" klubu ingiltərəli hücumçu Meyson Qrinvudu heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son olaraq Fransanın "Marsel" klubunda forma geyinən 24 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Bu keçid Superliqa təmsilçisinə 39 milyona avroya başa gəlib. Komanda bu məbləği 3 il ərzində "Marsel" kollektivinə ödəyəcək.

Qrinvud karyerası ərzində "Marsel"dən başqa ölkəsində "Mançester Yunayted" və İspaniyada "Xetafe" klublarında çıxış edib.

Qeyd edək ki, bu, "Fənərbağça"nın tarixinə ən bahalı transfer kimi düşüb. "Sarı-lacıvərdlilər"in daha əvvəlki ən bahalı transferi 28 milyon avro qarşılığında heyətə cəlb olunan fransalı yarımmüdafiəçi Matteo Genduzi olmuşdu.

44 - Tezliklə