Erlinq Holann Norveç millisinin bombardirləri siyahısında ikinci pilləyə yüksəlib

Futbol
  • 13 sentyabr, 2023
  • 07:28
Erlinq Holann Norveç millisinin bombardirləri siyahısında ikinci pilləyə yüksəlib

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann Norveç millisinin bombardirləri siyahısında ikinci pilləyə yüksəlib.

"Report"un məlumatına görə, o, buna Gürcüstana 2:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyununda nail olub.

Görüşdə hesabı açan forvard yığmada 25-ci dəfə fərqlənməklə 1949-1960-cı illərdə millidə çıxış edən Harald Ove Hennuma çatıb.

Norveç yığmasının rekordçusu 33 qolla Yorgen Juvedir.

44 filmi