Erlinq Holann "Mançester Siti" ilə müqavilə bağlayıb - RƏSMİ

Futbol
  • 13 iyun, 2022
  • 10:03
Erlinq Holann Mançester Siti ilə müqavilə bağlayıb - RƏSMİ
Erlinq Holann

Almaniyanın "Borussiya" (Dortmund) komandasının sabiq futbolçusu Erlinq Holann İngiltərənin "Mançester Siti" klubu ilə müqavilə bağlayıb.

"Report"un "şəhərlilər"in rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı hücumçu kollektivə iyulun 1-dən qoşulacaq. Onun müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə olacaq.

Daha əvvəl "Mançester Siti"də Erlinq Holannın atası Alf-İnge Holann çıxış edib. İstedadlı forvard Dortmund "Borussiya"sının formasını 2020-ci ilin yanvarından geyinib. Bu müddətdə o, 89 qarşılaşmada 86 qol və 23 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, "Transfermarkt" Erlinq Holannın transfer məbləğini 75 milyon avro ilə qiymətləndirib.